“ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin təmas xəttində gərginliyi azaltmaq üçün vacib olan məsələlər və addımlar ətrafında hərtərəfli müzakirə aparacaqlarına ümidvardır”.
Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.
Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü ilə bağlı danışan səfir: “ Azərbaycan və Ermənistan prezidentlərinin görüşə razılıq verməsi faktı sevindiricidir. Bu, hər iki ölkə tərəfindən atılmış müsbət addımdır. Biz ümid edirik ki, prezidentlər üç həmsədrin irəli sürdüyü yeni təkliflərə açıq olacaq və onları müzakirəsinə hazırlıq nümayiş etirəcəklər” - deyə, o əlavə edib. /azvision
7News.Az








