RU
Mikayıl Cabbarov “Son zəng”lə bağlı
09:54
1562

Mikayıl Cabbarov “Son zəng”lə bağlı

Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

7News.Az xəbər verir ki, əmrdə respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsi və iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunması qeyd olunub.

Həmçinin bildirilib ki, “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilməlidir.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri aparıb, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ