RU
Mikayıl Cabbarov:
16:50
604

Mikayıl Cabbarov: "Ötən il sosial sığorta daxilolmaları proqnozu 110 % icra edilib"

2021-ci ildə Azərbaycanda məcburi dövlət sosial sığorta haqqı üzrə daxilolmalar 2020-ci illə müqayisədə 8 % artaraq 3,8 milyard manatı keçib, proqnoz 109,9 % icra olunub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, ötən il qeyri-büdcə təşkilatlarından sosial sığorta daxilolmaları 15,3 % artaraq 2,4 milyard manatı keçib, proqnoz 113,2 % yerinə yetirilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ