RU
Mikayıl Cabbarov YUNESKO-nun baş direktoru ilə görüşdü
11:17
479

Mikayıl Cabbarov YUNESKO-nun baş direktoru ilə görüşdü

Təhsil naziri Mikayıl Cabbarovun Fransaya işgüzar səfəri davam edir.

Səfər çərçivəsində noyabrın 3-də YUNESKO-nun Baş direktorunun müavini Qian Tanq ilə görüş keçirilib.

Mikayıl Cabbarov Azərbaycan-YUNESKO əlaqələrinin müsbət istiqamətdə inkişafı və bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu vurğulayıb. Nazir ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib.

Görüşdə Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub. Təhsil naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş direktorunun müavini Qian Tanqı ölkəmizə səfərə dəvət edib.
Həmin gün nazir Fransa Respublikasının Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Elm və Sənaye Muzeyinə baş çəkib, elmin təbliği məqsədilə təşkil edilən sərgilərlə tanış olub.

7News.Az

Mikayıl Cabbarov YUNESKO-nun baş direktoru ilə görüşdü


Mikayıl Cabbarov YUNESKO-nun baş direktoru ilə görüşdü

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ