RU
Mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var
16:39
567

Mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var

Toqquşuma nəticəsində hər iki nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.

Azərbaycanda sərnişin daşıyan mikroavtobus dərəyə yuvarlanıb, xəsarət alanlar var.

Yol-nəqliyyat hadisəsi bu gün saat 14.00 radələrində Bakı-Qazax magistralının 395-ci kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində baş verib. Belə ki, Gəncədən Qazaxa sərnişin daşıyan "Ford" markalı mikroavtobus eyni istiqamətdə hərəkət edən "VAZ 21011" markalı avtomobillə toqquşub. Toqquşuma nəticəsində hər iki nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb.Mikroavtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır./avtosfer

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ