Ələt-Astara magistral yolunun 189-cu km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində yük maşını ilə eyni istiqamətdə hərəkət edən "Ford" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1984-cü il təvəllüdlü Bəşirova Aygün Rafael qızı və onun qızı - 2004-cü il təvəllüdlü Bəşirova Xədicə Əli qızı xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır./report
7news.az
Videonu izləmək üçün şəklə klikləyin.










