RU
Mikroavtobus qəzaya düşdü
22:28
973

Mikroavtobus qəzaya düşdü

Bu gün axşam saatlarında Ağstafanın Qırılı kəndində ağır yol qəzası baş verib.

7news.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Qazaxdan Gəncə istiqamətinə hərəkət edən “Ford Tranzit” markalı mikroavtobusla “Opel” markalı avtomobil toqquşub. Nəticədə “Opel”dəki bir nəfər və  mikroavtobusda olan 6 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Polis yol qəzasının təfərrüatlarını araşdırır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ