RU
Mikroavtobuslara qarşı reydlər başladı -
22:18
661

Mikroavtobuslara qarşı reydlər başladı -

Sürücü məsuliyyətsizliyinin faciəvi nəticəsini bu gün baş verən qəzadan bir daha gördük. Bu səbəbdən də nəqliyyat departamentinin əməkdaşları Sumqayıtda reyd keçirib. Reyddə qanunsuz sərnişin daşıyan xeyli sürücü aşkarlanıb.

7news.az "Xəzər xəbər"ə istinadən bildirir ki, nəqliyyat müfəttişlərini görən mikroavtobusun sürücüsü qoşa xəttin saymadan əks istiqamatə keçir və uzaqlaşmağa cəhd edir.

Saxlanıldıqda isə heç bir sənədi olmadığı üçün nəqliyyat vasitəsini qoyub qaçmaq istəyir.

Kadrlar Nəqliyyat Departamenti əməkdaşlarının Sumqayıtda keçirdiyi reyddəndir. Reyd qanunsuz sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı keçirilib. Yoxlamalar zamanı lisenziyasız fəaliyyət göstərən xeyli sürücü aşkarlanıb.

Müfəttişlərin tələblərinə tabe olmayan sürücülər saxlanılaraq polis idarəsinə aparılıb.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ