RU
13:54
971

"Milan"ın yeni baş məşqçisi kim olacaq?

"Milan"da yeni baş məşqçi vəzifəsinə namizədlər müəyyənləşib.

7News.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bunlar Marçello Lippi, Paulu Souza və Vinçenso Montelladır. Klub rəhbərliyinin bu üç şəxsdən biri ilə müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, "Milan" bu ay baş məşqçisi Sinişa Mixayloviçi istefaya göndərib. Komandanı bu mövsümün sonuna kimi Kristian Brokkini çalışdıracaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ