Prezident İlham Əliyev Milix İlxananoviç Yevdayevin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, M.Yevdayev Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.