Təbii ki, vurarıq. Bunu rahat və açıq şəkildə deyirəm. Ermənistan təyyarəsinin mənim torpağımda nə işi var?
7news.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva Türkiyənin Manisa şəhərində Cəlal Bayar Universitetində keçirilən konfrans zamanı bildirib.
"Ermənistan təyyarəsinin vurulmasını istəmirsə, hava sərhədimizi pozmamalıdır", - deyən xanım millət vəkili hər bir ölkənin buna haqqı olduğunu bildirib:
"Səlahiyyətli nümayəndələrimiz də, biz də hər yerdə deyirik. Hava sərhədini pozduqları an vuracağıq. Çünki, ölkəmizin hava sahəsi bizim şərəfimizdir. Hər bir ölkənin buna haqqı var. Azərbaycan da bu haqqından yararlandı".
Ermənistana məxsus pilotsuz hava təyyarələrinin Azərbaycan sərhədini pozmasına digər ölkələrin biganə yanaşdıqlarını deyən Qənirə Paşayeva bu vəziyyətin gərginliyi artırdığını bildirib.
Qeyd edək ki, bu gün Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.
7news.az








