"Gəncədə sosial-iqtisadi cəhətdən durğunluq hökm sürür. Məşğulluq sahəsində əməli addımlar atılmadığı təqdirdə Nizami yurdu ölkəmizin həyatında vacib rolunu itirmə təhlükəsi qarşısında olacaq" Bu fikirləri 7NEWS.az-ın yerli bürosuna Gəncədən seçilən millət vəkili Muşfiq Cəfərov bildirib. Onun sözlərinə görə, Gəncədə vaxtı ilə işləyən iri müəssisələrin yenidən qurulub, əhalinin məşğulluğuna verilməsi şərtdir
"Gəncə Maşınqayırma, Billur, Xalça Kombinatı, Çini Qablar Zavodu və s. bir sıra iqtisadiyyatın inkişafına təkan verəcək iri müəssisələrin yenidən qurularaq əhalinin məşğulluğuna verilməsi labüddür. Gəncə kimi böyük şəhərdə iqtisadi və sosial süsslüyün qarşısı alınmalıdır"
Millət vəkili həmçinin əlavə edib ki, hazırda ölkəmizdə azad iqtisadi zonaların yaradılması prossesi surətlənib. Bu baxımdan iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək.
" Müasir dövürdə azad iqtisadi zonalar xarici ticarət strategyasının vacib halqalarından birini təşkil edir. Azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı, ixrac səbətinin həm çeşidini, həm də çoğrafiyasını genişləndirməyə şərait yaradır. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizimdir. Gəncə şəhəri istər əhalisinin sayı, istərsədə bölgənin əlverişli olması baxımından azad iqtisadi zonanın yaradılmasına imkan verir. Beləliklə həm sakinlərin məşğulluğu artıracaq, həm də ölkənin iqtisadi tempinin yüksəlişinə böyük təkan vermiş olacaq" - deyə M.Cəfərov qeyd edib








