RU
Partlayış səsi gələn kimi pəncərəyə doğru qaçdım... - İSTANBUL TERRORUNDAN QURTULAN DEPUTAT DANIŞIR
15:19
2685

Partlayış səsi gələn kimi pəncərəyə doğru qaçdım... - İSTANBUL TERRORUNDAN QURTULAN DEPUTAT DANIŞIR

 

Milli Məclisin deputatı Elşən Musayevin Türkiyədə baş verən terrordan qurtulması an məsələsi olub.


Bu barədə deputat Elşən Musayev Aktual.az-ın əməkdaşıyla söhbətində bildirib: 

"Partiya sədri olaraq İstanbula nə zamandır dəvətli idim. AKP-dən olan dostlarımızın tədbirinə. Ayrıca, düşündümgetmişkən gözümdəki çox ciddi problemlə bağlı həkimə də müraciət edərəm. Hətta bu minvalla öncədən randevu də aldım və... sırağa gün axşam reysi ilə doğma şəhərə, gözəl İstanbuluma doğru istiqamət götürdüm. Çatan kimi də "Barbaros” caddesindəki  otellərdən birinə yerləşdim.


Səhər açıldı. Yollandım həkimə"Nişantaşı” səmtinə. Ordan çıxandan sonra tədbirə. Tədbir də bitdi. Fikirləşdim, bu gün azarkeşlik etdiyim "Beşiktaş”ın "Bursaspor”la oyunu var, bəlkə ora gedim. Amma ərindim. O bashabasa girməkdənsə televizordan baxmağı tərcih etdim. Oyunun başlamasına isə hələ bir az vaxt qalmışdı. Yaxşı bəs neyləyim? - Gəzim! Ən doğrusu budur. Qaldığıotel də düz "Taksim”lə "Beşiktaş”ın arasında yerləşdiyindən (üstəlik, "İnönü” stadionundan üzü yuxarı dolambaclarda kiçik meşə örtüyü ətrafı ilə yürüməyi sevdiyimdən) elə bu aralardaca zaman öldürmək qərarı aldım. Düşdüm "Barbaros” caddesi ilə üzü aşağı. Sonra qalxdım üzü yuxarı. Sağ, sol, orta "sokak”lar... Əlqərəz, ayağım dəyməyən yer qoymadım. Düz 4 saat dolaşdım oraları. Hər zamankı sevgi ilə.


Guya futbola baxacaqdım. Amma demə oyun bitibmiş artıq. Fanatlar da bayırda. Elə onlaraca qarışıb "Gəzi Parkı”na doğru qalxdım. Və... yorğun halımla girdim otelə. Özümə çay süzüb oturdum.


Qəfildən ard- arda partlayış səsləri gəldi. Pəncərəyə doğru qaçm...

Düz 7-10 dədiqə öncə üzərində addımladığım küçəyə baxdım...

Aman Allahım! Eyvandan günorta və axşam saatlarında çəkdiyim mənzərə pozulub. Hamı panikadadır...

Yoxsa, yenəmi terror?!


P.S. Gerisini təsvir eləməkdə acizəm. Nə yazıq ki...


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ