Milli Məclisin xanım deputatlarından olan Jalə Əliyeva Parlament seçkiləri öncəsi təşvişdədir.
Xanım deputat yeni havadar axtarışındadır.
Xanım deputata yaxın olan mənbənin portalımıza verdiyi məlumata görə, buna səbəb Jalə Əliyevanın komandasına xəyanət etməsidir. Belə ki, o yeri gəldi-gəlmədi məmurlara, nazirlərə ağız açır, onlardan nəsə umur, bu hal isə havadarına xoş gəlməyib və bu səbəbdən deputat siyahıdan silinib. Jalə Əliyeva Zərbabın icra başçısı Lütvəli Babayeva dəfələrlə iş üçün müraciət edib, ondan nələrsə xahiş edib. Vəziyyətdən təngə gələn başçı deputatdan şikayətini dilə gətirib.
Onu da qeyd edək ki, millət vəkilinin məmurlardan xahiş halı artıq həyat tərzinə çevrilib. Belə ki, Milli Məclis kulislərində gedən söhbətlərdə də hər kəs deputatın istəklərindən cana doyduğunu bildirir.
Millət vəkili ilə bağlı daha bir məlumat və onu bitirən amil Türkiyədə olan iş adamları ilə sıx münasibətidir. Belə ki, demək olar hər ay İstanbula uçan deputatın bu hərəkəti hakim düşərgədə də birmənalı qarşılanmayıb və ondan bu hərəkətinə görə hesabat tələb olunub.
Bir müddət öncə mətbuatda yayılan xəbərə görə, Jalə Əliyeva Türkiyədən dönərkən aeroportda saxlanılıb və onun çantasına baxış keçirilibmiş. Yoxlama zamanı xanım millət vəkilinin çantasından bir neçə “juçok”, qələm-kamera, “prosluşka” telefonları və digər bu kimi idxalı yasaqlanmış əşyalar çıxıb.
Bu olayı izləmiş vətəndaş iddia edir ki, J.Əliyeva deputat toxunulmazlığından istifadə edərək əvvəlcə çantasının açılmasına razılıq verməyib.
Mənbə qeyd edir ki, onun etirazlarına baxmayaraq çantası yoxlanılıb. Qeyd olunan əşyalar aşkarlandıqdan sonra xanım deputat onların özünə məxsus olmadığını iddia edib. Daha sonra o, həmin yoxlamanı həyata keçirən təhlükəsizlik orqanı əməkdaşının bu yoxlamanı qanunsuz apardığını iddia edib və onun işdən çıxarılması məsələsini qaldıracağını bildirib. Deputatın Türkiyədə olarkən iş adamlarının səsini yazdığı və onları şantaj etdiyi də iddia olunub.
Mənbəmiz onu da qeyd edir ki, həmin vaxt hadisə yerinə aeroport rəhbərliyi gəlib və məsələ barədə yuxarılara məruzə edilib. Həmçinin, bu hadisə haqda Milli Məclisin sədri Oqtay Əsədova məruzə edilməsi haqda da tapşırıq alınıb.
Bütün bu sadalanan amillər bir daha onu sübut edir ki, Jalə Əliyeva hakim komanda üçün bitmiş kadrdır və qarşıdan gələn seçkilərdə onun namizədliyi dəstəklənsə belə digər partiyalar və bitərəflər üçün xanım deputatı məğlub etmək asan olacaq.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 92 saylı Zərdab-Ucar seçki dairəsindən Gülağa İsgəndərovun namizədliyini irəli sürüb. Bundan başqa xanım millət vəkilinin seçkilərdə qalib gəlmə imkanları “dalana” dirənə bilər. Buna səbəb isə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevlə ciddi-çəkişmədə olmasıdır.
Millət vəkili ilə icra başısı arasındakı gərginlik o həddədir ki, xanım millət vəkilinin Zərdaba sonuncu dəfə nə zaman səfər etdiyini seçiciləri belə unudub.
Zərdabdakı mənbələrin sözlərinə görə, Lütvəli Babayev xanım millət vəkilinin təmsil olunduğu klanda yer almadığından davamlı olaraq Jalə Əliyeva ilə konfilikt yaşamaqdadır. Hətta bir neçə il əvvəl Zərdaba qonuşu olan rayonlardan birinin icra başçısı Lütvəli Babayevə Jalə Əliyevaya qarşı tutmuş olduğu münasibətin təmsil olunduqları klanın xoşuna gəlmədiyi və belə davam edəcəyi təqdirdə Zərdabdan onun göndərilə biləcəyi xəbərdarlığı etdiyi də gələn xəbərlər sırasındadır. Yəni xanım millət vəkili 1 noyabırda Zərdabda yüksək səs toplamaq istəyirsə, o zaman Lütvəli Babayevlə ilkin olaraq anlaşmalıdır. Əks təqdirdə Jalə Əliyevaya Zərdab əhalisinin səs verməsi real görünmür. Çünki, Lütvəli Babayev kürəyini dayadığı kana güvənərək Jalə Əliyevayanın təmsil olunduğu klana qarşı savaşacaq

7News.az