RU
Millət vəkili Manisa valisi və Salihli Kaymakamı ilə görüş
14:07
902

Millət vəkili Manisa valisi və Salihli Kaymakamı ilə görüş

Millət vəkili Q. Paşayeva Manisa valisi və Salihli Kaymakamı ilə görüşdə Azərbaycanı birlikdə bütün bölgələrdə daha geniş tanıtmalıyıq deyib.

Manisa valiliyində və Salihli Kaymakamı ilə görüş zamanı millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva: ”Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”- deyən millət vəkili valilık və kaymakamlıqdakı görüş zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”.

Qənirə Paşayeva Manisa valisi və Salihli kaymakamına həmmüəllifi olduğu Karabağ hikayeleri” kitabını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Salihli Bələdiyyəsinin dəvəti ilə gəldiyini, bu mövzuları özündə əks etdirən konfranslar verəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Onlar da öz növbəsində görüşdən məmnunluqlarını bildiriblər. “Sizləri burda görməkdən məmnun olduq. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanırıq ki, çox faydalı olacaq”. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində Manisanın, Salihlinin də yer alacağını bildirib və onları ölkəmizə dəvət edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Manisa, Salihli arasında əlaqələrin daha da güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Manisanın, Salihlinin də Azərbaycan bölgələri ilə qardaşlaşması bu baxımdan önəmlidir". Millət vəkilinin bu təklifi yüksək səviyyədə dəstəklənib. Millət vəkili Q.Paşayeva Manisa valiliyində və Salihli Kaymakamı ilə görüşdə Manisada, Salihlidə təhsil alan, yaşayan azərbaycanlı gənclərdən də danışıb:" Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk".

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Manisa valisi və Saihli Kaymakamına özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları hədiyyə edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ