RU
Millət vəkili: “Onlara qarşı sərt mübarizə aparmalıyıq”
23:38
998

Millət vəkili: “Onlara qarşı sərt mübarizə aparmalıyıq”

Millət vəkili Qənirə Paşayeva Tailandın dini liderləri ilə görüşdə Qarabağ və Azərbaycanda multukulturaizmdən danışıb.

Millət vəkili “Cherntawan İnternational” Mərkəzində çıxışı zamanı Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoq barədə geniş məlumat verib. Deputat bildirib ki, dünyada dözümsüzlük və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur: 

“Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Bu istiqamətdə din xadimi və dini icmaların üzərinə çox böyük yük düşür. Düşmənçilik, dözümsüzlük, etnik təmizləmə və müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurma və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır”. 

Qənirə Paşayeva eyni zamanda, mədəniyyətlər və sivilizasiyalararası dialoqun dünyada ən aktual mövzulardan biri olduğunu bildirib:

“Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurma və ağır fəsadlar doğurur”.

Tailandın tanınmış dini liderləri, “Vimuttayalaya İnstitute”un qurucusu V.Vajiramedhi ilə görüşdə Azərbaycan xalqının üzləşdiyi probemlər və Qarabağ həqiqətlərindən danışan millət vəkili ölkədə həyata keçirilən işlər barədə də geniş məlumat verib.

Sufizm, Həzrəti Mövlana aşiqi olduğunu deyən, yazdığı kitablarda islamın sülh dini olduğunu bildirən V.Vajiramedhi Azərbaycanda müxtəlif etnik qruplar və dini inancların bir arada mehriban yaşamasını gözəl model adlandırıb, azərbaycanlı köçkünlərlə bağlı duyduğu məlumatlardan təsirləndiyini, bu cür ədalətsizlik və onların səbəbkarlarına qarşı birgə mübarizənin vacibliyi ilə bağlı millət vəkilinin fikirlərini dəstəkləyib. 

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ