Millət vəkili Qənirə Paşayeva Pakistan Milli Assambleyasının üzvü, millət vəkili Shaza Fatıma Khavaja ilə görüşdə Ermənistanın vandalizm aktlarından danışıb. Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva görüş zamanı Q.Paşayeva bildirib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir.
Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib: “Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir". Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Pakistan Milli Assambleyasının üzvü, millət vəkili Shaza Fatıma Khavaja Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatlarır barədə də geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistan Milli Assambleyasının üzvü, millət vəkili Shaza Fatıma Khavaja münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib və yaxın zamanlarda mütləq Azərbaycana səfər etmək niyyətində olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Milli Assambleyasının üzvü, millət vəkili Shaza Fatıma Khavaja bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. Millət vəkili Qənirə Paşayeva Pakistan Milli Assambleyasının üzvü, millət vəkili Shaza Fatıma Khavaja rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Millət vəkili Q.Paşayevanın həmçinin Misir, İspaniya, Hindistandan və Çindən olan qadın millət vəkilləri və ictimai-siyası xadim xanımlarla görüşündə də Qarabağ problemi, Xocalı Soyqrımının tanınması məsələsi xüsusi diqqət mərkəzində olub. Millət vəkili Q.Paşayeva Misir, İspaniya, Hindistandan və Çindən olan həmkarları ilə görüş zamanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin bu ölkələrdə daha da geniş yayılması istiqamətində müəyyən təklifləri də müzakirə edib. Azərbaycanla bağlı geniş məlumatlar verən millət vəkili Q. Paşayeva onları hər zaman ədaləti dəstəkləməyə çağırıb: “Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar”. Millət vəkili Q.Paşayeva Misir, İspaniya, Hindistandan və Çindən olan həmkarlarına Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları, “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da təqdim edib. Misirdən olan millət vəkili həmkarlarını qondarma erməni soyqırımı ilə bağlı Misir Parlamentində səsverməyə çıxarılacaq sənədə səs verməməyə çağıran millət vəkili Q.Paşayeva belə bir addımın nə qədər yanlış olacağını digər misirli həmkarlarına da çatdırmalarını xahiş edib. Millət vəkili Q.Paşayeva Misir, Hindistan və Çinin bir sıra mətbuat və media qurumlarına müsahibələr də verib.











