RU
Millət vəkili Qənirə Paşayeva MM-də çıxış etdi
13:18
893

Millət vəkili Qənirə Paşayeva MM-də çıxış etdi

Millət vəkili Q. Paşayeva MM-də narkomaniyaya qarşı mübarizənin daha da artırılması və narkomaniyadan əziyyət çəkənlərin bu bəladan xilası istiqamətində tədbirlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Bütün dünyada olduğu kimi bizdə də narkotik maddələrdən istifadə edənlərin sayı ilə yanaşı narkotik maddə istifadə edən şəxslər arasında cinayət və inzibati xətaların törədilməsinə meyilliyin artması da müşahidə edilir. Buna qarşı ciddi mübarizə istiqamətlərindən biri kimi narkomaniyaya mübtəla olmuş şəxslərin müalicəsi, özəlliklə məcburi müalicə məsələsinə diqqətin daha da artırılması müsbət addımdır və inanırıq ki, qanunivericiliklə bu istiqamətdə dəyişikliklər müvafiq icra orqanı tərəfindən lazımi səviyyədə həyata keçiriləcək. Bu sözləri bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklərinm müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib. Cinayət törətmiş və ya inzibatı xəta törətmiş insanlar arasında narkotikdən istifadə halları aşkarlanarsa həmin şəxslərin cəzasını çəkməklə yanaşı narkomaniyadan xilas ola bilməsi üçün məcburi tibbi müalicələrə cəlb edilməsi ilə bağlı məsələlərin qanunvericilikdə öz həllini tapmasını dəstəkləyən və müsbət addım hesab edən millət vəkili Qənirə Paşayeva bildirib ki, təcrübələr onu göstərir ki, belə şəxslər müalicə almazlarsa və bu bəladan xilas ola bilməzlərsə, onlar cəzalarını çəkdikdən sonra təkrar cinayət və inzibati xətalar törətməyə daim meyilli olurlar və potensial mənbədirlər. Ona görə də qanunvericilikdə öz əksini tapan bu məsələnin humanizm göstəricisi olduğunu vurğulayan millət vəkili Q.Paşayeva ümimiyyətlə bütün istiqamətlərdə cəmiyyətdə narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini də vurğulayıb. Salam O 16 часов назад Sağ olun 4 минуты назад Salam Nezere almaginizi xahis edirik Millət vəkili Qənirə Paşayeva MM-də büdcə müzakirələri zamanı Ermənistanla ön cəbhə kəndlərinə müəyyən güzəştlərin edilməsi xahişi ilə çıxış edib Bu gün Milli Məclisin Komitələrində 2016-cı ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərin sakinləri üçün bəzi güzəştlər istəyib. O bildirib ki, ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanlarımız hər zaman böyük fədakarlıqla heç bir çətinlikdən və düşmən təxribatlarından çəkinməyərək öz evlərində yaşamaqda davam edərək düşmənə ən layiqli cavabı verirlər və bu gün bu cür kəndlərimizə dövlət tərəfindən dəstəyi daha da artırmaq yaxşı olardı. Ön cəbhədə yaşayan insanlarımızın hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısı altında olduğunu vurğulayaraq Ermənistanla ön cəbhə rayonlarından olan Tovuzdan olan millət vəkili kimi ön cəbhə kənd sakinlərinin xahiş və təkliflərini də səsləndirib və 2016-cı il büdcəsində onların nəzərə alınmasını xahiş edib. “Ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunmasını yaxşı olardı. Hər halda o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var.”. Belə kəndlərə sərmayə qoyuluşunun az olduğunu diqqətə çatdıran Qənirə Paşayeva həmin ərazilərdə iş quran adamların vergidən azad olunması təklifini də irəli sürüb. O bildirib ki, bu, həmin yerlərdə yeni iş yerlərinin açılmasına təsir edərdi: “Sosial yardımların təyin edilməsində də müəyyən dəstək göstərilməsi yaxşı olardı. “ Millət vəkili Qənirə Paşayeva Maliyyə naziri Samir Şərifovun Bakı şəhərindən sonra 2016-cı ildə də 12 rayon və şəhərin orta məktəb müəllimlərinin diaqnostik qiymətləndilirməsinin həyata keçiriləcəyi və bunun onların əmək haqlarının artımına təsiri ilə bağlı fikirlərinin önəmli məsələ olduğunu vurğulayaraq bu rayonların arasında ilkin mərhələdə Ermənistanla ön cəbhə rayonlarının da olmasını vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini səsləndirib və bu istiqamətdə təkliflər və xahişlərlə çıxış edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ