RU
Millət vəkili Qənirə Paşayeva Xorvatiya Parlamentinin vitse spikeri Vesna Pusiçlə Qarabağdan danışıb.
14:47
2117

Millət vəkili Qənirə Paşayeva Xorvatiya Parlamentinin vitse spikeri Vesna Pusiçlə Qarabağdan danışıb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla Xorvatiya arasında bütün istiqamətlərdə o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmuniyyət yaratdığını deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Xorvatiya Parlamentinin vitse spikeri Vesna Pusiçə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Xorvatiyada Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva Xorvatiya Parlamentinin vitse spikeri Vesna Pusiçi hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Xorvatiya Parlamentinin vitse spikeri Vesna Pusiçlə bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ