RU
Millət vəkili Q.Paşayeva AŞPA-da Çingiz Qurbanov, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı çağırış edib
15:37
483

Millət vəkili Q.Paşayeva AŞPA-da Çingiz Qurbanov, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı çağırış edib

AŞPA-da "Azad müzakirələr" zamanı çıxış edən millət vəkili Q.Paşayeva öncə şəhid Çingiz Qurbanovla  bağlı danışaraq AŞPA-nı onun cəsədinin Azərbaycana qaytarılması istiqamətində səylərini artırmağa çağırıb.
 
Baş katib cənab Yaqlanda təşəkkür edirəm Çünki Avropa Şurasının Baş katibi Thorbjørn Jagland dekabrın  sonunda Azərbaycan -Ermənistan sərhədində silahlı toqquşma zamanı həlak olmuş,şəhid olmuş azərbaycanlı  əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı narahatlıq ifadə edib və cəsədin təxirə salınmadan  geri qaytarılmasına çağırış edib.
 
Bununla bağlı Azərbaycan dövləti və Qızıl Xaç cəmiyyətinin də çalışmaları var  amma təssüf ki bu günə qədər müsbət bir irəliləyiş yoxdur. Biz buradan cənab Yaqlandın çağırışına müsbət  cavab verilməsinə və cəsədin geri qaytarılmasına çağırırıq.
 
Millət vəkili Q.Paşayeva çıxışında Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi  məsələsinə xüsusi siqqət ayırıb və AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb. Biz cənab Yaqlanda və cənab Aqramunda Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad  edilməsi istiqamətində verdikləri açıqlamalara və çalışmalarına görə də təşəkkür edirik. Təssüf ki onların  azadlığa buraxılması istiqamətində də hələ ki heç bir müsbət irəliəyiş yoxdur və Dilqəm Əsgərov və Şahbaz  Quliyevin ailəsi onların azadlığa buraxılması istiqamətində Assambleyamızdan səyləri daha da artırmalarını  gözləyir və çağırırlar".  Millət vəkili Q.Paşayeva AŞPA-da Azərbaycan əlehinə və nümayəndə heyətimiz əlehinə fikirlərlə çıxış edən  Ermənistan millət vəkili Farmanyanada da cavab verərək onun Azərbaycan əlehinə, Azərbaycan nümayəndə  heyəti əlehinə doğru olmayan, yanlış fikirlərini kəskin qınayırıq və Assambleyamıza bu cür doğru olmayan  fikirlərin söylənməsinin çox yanlış olduğunu xüsusi vurğulamaq istəyirlk deyib.   Millət vəkili Q.Paşayeva getdikcə artan terror hadisələrindən də danışıb və terror qarşı birgə mübarizənin  önəmindən və ikili standartlardan əl çəkilməsinin vacibliyindən də danışıb:” Dünyamız və Avropa çox ağır  günlərdən keçir. Bunun səbəbi təkcə dünyada artan iqtisadi böhranlar deyil. Avropa Şurasının sərhədləri  yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları, artan terror bizi çox ciddi narahat etməlidir.  Yaşadığımız Avropa Şurası məkanında teror hadisələrinin artması hər birimizi ciddi narahat etməlidir. Artıq heç  bir Avropa ölkəsi vətəndaşları özlərini terordan təhlükəsiz hiss edə bilmirlər. Bu mövzuları daha çox müzakirə  edərək səbəblərə qarşı birgə mübarizə aparmalıyıq. Bu artan gərginliklər fonunda təcili addımlar atmazsaq çox  yaxın gələcəkdə bizi gözləyən daha dəhşətli böhranların fərqində olmalıyıq. Terrora qarşı mübarizəmizi birlikdə  daha da gücləndirməliyik. Terrora qarşı mübarizədə ikili standartlara yol verilməməlidir, buna son qoyulmalıdır”.
 
Mədəniyyətlərarası dialoqun artmasının vacibliyindən danışan millət vəkili Q.Paşayeva Azərbaycanın bu  istiqamətdə ən yaxşı örnək ölkələrdən biri olduğunu vurğulayıb və bu məsələyə xüsusi diqqət ayırmağa  çağırıb.
 
"Mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multukulturalizmin genişlənməsi mövzusu Assambleyamızın daha çox və məncə daim gündəmində olmalıdır. Biz mədəniyyətlər və sivilizasiyalararası  dialoqa böyük önəm verməli, bu istiqamətdə uğurlar qazanan ölkələrin modellərinin bütün Avropa və dünyada  daha geniş yayılmasına çalışmalıyıq. Məlumat vermək istəyirəm ki, hər zaman bu məsələyə böyük önəm  vermiş ölkəm Azərbaycanda ötən il multukulturalizm ili elan edilmiş və bir sıra ölkədaxili tədbirlərlə yanaşı il  ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirilmişdir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı  bir ölkə olmaqla yanaşı, həm də təhsil, kütləvi informasiya vasitələri və digər yollarla tolerantlığın daha da artması istiqamətində ciddi işlər görülür. Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilib. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbədən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi  gücləndirməliyik. Bütün üzv ölkələrdə multukulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və  Assambleyamızda tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var”.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ