RU
Millət vəkili Q.Paşayeva Tovuzda gənclərə 20 Yanvardan danışıb
16:47
424

Millət vəkili Q.Paşayeva Tovuzda gənclərə 20 Yanvardan danışıb

A.S.Puşkin adına Tovuz şəhər orta məktəbində keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda canından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Millət vəkili  Q.Paşayeva 20 Yanvarla bağlı geniş çıxış edib və Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi  olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.  Millət vəkili çıxışında 20 Yanvar faciəsindən 27 il keçməsinə baxmayaraq, bu  qanlı hadisənin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. Q.Paşayeva belə  tədbirlərin 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi  baxımından önəmini vurğulayıb, gənclərin 20 Yanvar faciəsinin dünyaya  tanıdılması istiqamətində daha səylə çalışmalı olduqlarını deyib. Millət vəkili 20  Yanvarın Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olduğunu bildirib,  gənclərin tariximizi dərindən öyrənmələrinin vacibliyini diqqətə çatdırıb.
 
20 Yanvarın tariximizdə həm də ən böyük vətənpərvərlik nümunəsi olduğunu,  şəhidlərimizin göstərdikləri qəhrəmanlığın hər zaman xatırlanacağını qeyd edən millət vəkili Q.Paşayeva 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər  Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin  qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib, gəncləri bu tarixi heç bir zaman unutmamağa, müstəqil dövlətimizin inkişafı  istiqamətində daha çox çalışmağa çağırıb.
 
Tədbirdə çıxış edən məktəb rəhbərliyi,  digər ziyalılar da çıxışlarına 20 Yanvar faciəsinin tarixi aspektləri haqqında  danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildiriblər.  Onlar gəncləri əl-ələ verib bu faciə ilə bağlı həqiqətləri yaymaqda fəal olmağa  səsləyiblər. Tədbir çərçivəsində məktəblilər 20 Yanvarla bağlı fikirlərini  səsləndiriblər və onlarla bu istiqamətdə fikir mübadiləsi də aparılıb. Məktəblilər 20  Yanvarla bağlı hazırladığı ədəbi-bədii kompozisiya, səhnəciklər nümayiş etdiriblər.  Tədbirin sonunda millət vəkili Q.Paşayeva gənclərə Azərbaycan tarixi ilə bağlı  kitablar təqdim edib.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ