RU
Millət vəkili Q.Paşayeva TÜRKSOY tərəfindən mükafatlandırılıb
17:58
757

Millət vəkili Q.Paşayeva TÜRKSOY tərəfindən mükafatlandırılıb

Millət vəkili Qənirə Paşayeva Türk Dünyası Ədəbiyyatına xidmətlərindən dolayı TÜRKSOY tərəfindən mükafata layiq görülüb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun adından təqdim olunan mükafatda “Türk Edebyyatına yapmış olduğunuz deyerli katkılarınızdan”dolayı sözləri qeyd olunub. Təşkilat adından mükafatı millət vəkili Qənirə Paşayevaya Atatürk Mərkəzinin şöbə müdiri, yazar Əkbər Qoşalı təqdim edib. Bundan öncə də Qənirə Paşayevanın TÜRKSOY mükafatına layiq görüldüyünü diqqətə çatdıran Əkbər Qoşalı tədbir iştirakçılarına təşkilat rəhbərinin və özünün düşüncələrini də çatdırıb. Millət vəkili Q.Paşayeva TÜRKSOY-a təşəkkür edərək hər zaman bu əziz təşkilatımızın könüllü elçisi olmaqdan qürur duyduq və bundan sonra da hər zaman yanındayıq deyib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ