7NEWS.az xəbər verir ki, Portuqaliyada sentyabrın 14-dən bəri davam edən meşə yanğınları 7 nəfərin ölümünə səbəb olub. Yanğınlar ölkə tarixinin ən böyük meşə yanğınlarından biri kimi qeydə alınıb. Bu günə qədər yanan ərazinin paytaxt Lissabonun 10 qatı böyüklüyünə bərabər olduğu bildirilib. Yanğınlarla əlaqədar ölkədə milli matəm elan edilib, bayraqlar yarıya qədər endirilib.








