Milli Məclis adından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) etiraz məktubu göndərilib.
7News.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.
Etiraz məktubu Azərbaycanın işğal altında olan torpaqlarında keçirilən qondarma "prezident və parlament” seçkiləri ilə əlaqədardır.
Məktubda AŞPA-nın həmin "seçkilərə” münasibət bildirməməsi tənqid olunub.
7News.Az








