Bu gün Milli Məclisin Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi ilə bağlı xüsusi iclası başlayıb.
7news.Az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov qeyd edib ki, biz hamımız aprelin 11-də ölkədə baş verən hadisənin hələ də sevincini yaşayırıq:
"Demokratik və ədalətli seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi xalqın ona verdiyi önəmin böyük nəticəsidir. Onu təbrik edək və işində uğurlar arzulayaq”.
Bu məsələ deputatlara tərəfindən alqışlarla qarşılanıb.
Spiker həmçinin qeyd edib ki, prezident öz inaqurasiya mərasimini Milli Məclisdə keçirdi: " Bu da onun Milli Məclisiə etimadının nəticəsidir”. Daha sonra spiker deyib ki, deputatlar adından prezidentə təbrik məktubu göndərək.
Sonra spiker dövlət başçısının Milli Məclisə göndərdiyi məktubun mətnini oxyuub. Mətndə bildirilir ki, Novruz Məmmədovun baş nazir vəzifəsi postuna təqdimatına Milli Məclisdə baxılsın.
12:03
Milli Məclisin Azərbaycan Respublikası prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.
7news.Az-ın xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.
Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının baş nazirini vəzifəyə təyin edir.
Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.
7news.Az








