Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu 7News.Az-a açıqlamasında bildirib ki, parlamentin martın 4-də keçiriləcək plenar iclasının gündəliyinə 18 məsələ daxildir.
İclasda Ombudsmanın 2015-ci il üzrə illik hesabatı təqdim olunacaq. İki məsələ məhkəmələrə hakim təyin edilməsi ilə bağlıdır. Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında, “Poçt ödəniş xidmətləri haqqında”, İnzibati Xətalar Məcəlləsinə, “Dövlət rüsumu haqqında” , “Kitabxana işi haqqında” qanunlara dəyişikliklərin müzakirə olunacaq.
Həmçinin “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılacaq.








