Milli Məclisin bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclası başa çatıb.
7News.az xəbər verir ki, iclasın sonunda Azərbaycan Milli Məclisi adından 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət səsləndirilib.
Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub.
Müraciətdə qarşıdan gələn bayramlarla əlaqədar dünya azərbaycanlıları təbrik edilir.
Bildirilir ki, Azərbaycanın regionda və dünyada artan gücü dünya azərbaycanlılarının daha da həmrəy olmasında əsas faktordur:
"Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və güclü Azərbaycan dövləti daim dünyadakı azərbaycanlıların yanındadır”.
Sonda müraciət səsə qoyularaq qəbul olunub.
İclas Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə bağlı elan edilib.








