RU
Milli Məclisdə Bakının tıxac problemi qaldırılıb
14:30
268

Milli Məclisdə Bakının tıxac problemi qaldırılıb

"Bakıda ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Əsas iş yerləri, təhsil müəssisələri, səhiyyə, ticarət obyektləri əsasən Bakının 3-4 faizlik hissəsində formalaşıb”.

Bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi ərazisi Bakının ərazisinin cəmi 4 faizini təşkil edir, amma paytaxt əhalisinin 28 faizi burada məskunlaşıb:

"Ona görə də ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Eyni zamanda yeni binaların tikintisi zamanı parkinq yerlərinin nəzərə alınmaması bu problemin yaranmasında önəmli rol oynayır”.

Bizim Facebook səhifəmizə abunə olun

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ