RU
Milli Məclisdə Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsi təklif edilib
11:58
41

Milli Məclisdə Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsi təklif edilib

Milli Məclisin deputatı Jalə Əliyeva parlamentdə ulu öndər Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsini təklif edib.

 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında J.Əliyeva Heydər Əliyevin qadınların cəmiyyətdə önəmli mövqe tutması istiqamətində gördüyü işlərdən, xidmətlərindən danışıb.

Deputat qeyd edib ki, ümummilli liderin xalq qarşısında xidmətləri əvəzsizdir: "O, qadın siyasəti və qadınların cəmiyyətdə əhəmiyyətli mövqe tutmasında çoxsaylı xidmətlər görüb. Odur ki, təklif edirəm ki, parlamentin yaz sessiyası müddətində keçiriləcək iclaslarında Heydər Əliyevə həsr olunan dinləmələr keçirilsin”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ