RU
Milli Məclisdə komitələrin tərkibi
11:00
934

Milli Məclisdə komitələrin tərkibi

Milli Məclisin növbəti plenar iclası mayın 17-də keçiriləcək.

Bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. 

Parlamentin mətbuat katibi bildirib ki, iclasın gündəliyinə 25 məsələ daxil edilib. 

“İlk məsələ Milli Məclisin komitələrinin tərkibinin dəyişdirilməsi ilə bağlıdır. Bir sıra sazişlərin və sənədlərin təsdiqi nəzərdə tutulub. Prokurorluq, ədliyyə, fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında qanunlara, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Sanitar və epidemioloji sağlamlıq haqqında”, “Hesablama palatası haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, ”İcra məmurları haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların dövriyyəsi haqqında” qanunlara, həmçinin Cəzaların İcrası Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, Meşə Məcəlləsinə, Cinayət Məcəlləsinə, Əmək, İnzibati Xətalar Məcəlləsinə dəyişiklər nəzərdə tutulub”. 

A.Təvəkküloğlu qeyd edib ki, “Elm haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılacaq./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ