RU
Milli Məclisdə Sarkisyan Hitlerlə
14:36
984

Milli Məclisdə Sarkisyan Hitlerlə

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat son günlər cəbhə xəttində baş verənlər hadisələrə münasibət bildiriblər.

Deputat Fərəc Quliyev bildirib ki, Azərbaycan Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanları bağrına basıb saxlayır:

“Azərbaycan dəfələrlə bəyan edib ki, onların hüquqlarını qorumağa hazırdır. Razıyam, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərilməlidir. Mən partiya sədri olaraq bunu etməyə hazıram”.

Millət vəkili Fəzail Ağamalı da təmas xəttindəki gərginlikdən söz açıb. Bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çağırışlarına qoşularaq atəşkəsə əməl edir, amma Ermənistan aprel ayında ona verilən ağır cavabdan dərs almayaraq mülki əhaliyə yenə də atəş aşır. 

“Bu addım həmin rejimin tam mahiyyətini ortaya qoyur. Azərbaycan beynəlxalq konvensiyaya söykənərək ciddi addımlar atmalı, ultimatum verməli və əməl edilməsə son sözünü deməlidir. Dinc sakinlərə qarşı təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir”.

YAP-çı deputat Aydın Mirzəzadə isə Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağla bağlı sülh şərtlərini xatırladıb: “Bu, onun səfeh bəyanatıdır. İşğal edən ölkə özünün təhlükəsizliyini istəyir. Xocalı soyqırımının baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hitler də belə bəyanat verə bilməzdi. Bunlar göstərir ki, Ermənistan ciddi böhran içərisindədir”./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ