RU
Milli Məclisin büdcəsi 1 milyon 61 min manat azaldı
18:28
403

Milli Məclisin büdcəsi 1 milyon 61 min manat azaldı

Milli Məclisin 2016- cı ildə xərclər smetası 2 milyon 745 min 955 manat təşkil edəcək.

Bunu Milli Məclisdə parlamentin 2016- cı il xərclər smetasının müzakirəsi zamanı parlamentin işlər müdürü Firudin Hacıyev deyib. O qeyd edib ki, bu 2015- ci illə müqayisədə 1 milyon 61 min 189 min manat azdır. Şöbə müdiri bildirib ki, nəqliyyat vasitələri bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb. F. Hacıyev həmçinin sabiq deputatların bir illik əmək haqlarının ödənilməsi üçün 450 min manat ayrılmasına yardım edilməsini hökumətdən xahiş edib.

Spiker F. Hacıyevə bildirib, gərək çıxışınızda xərclərin nəyə sərf olunması ilə bağlı daha geniş izahat verərdiniz: “Elə biləcəklər ki, Milli Məclis kefindən yeməkxana tikir, axır illərdə 50 kvadrat metrdə Milli Məclisin işçiləri üç növbədə nahar edirdilər. Çox sağ olsunlar ki, bunu nəzərə aldılar. Maşınlar Milli Məclisin həyətində sıxlıq yaradırdılar. Bunun üçün də avtodayanacaq tikildi”./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ