Milli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyinə 8 məsələ daxil edilib.
Bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
Onun sözlərinə görə, iclasda Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılacaq.
Həmçinin iclasın gündəliyinə Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi, “Sosial sığorta haqqında” qanun layihəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi daxil edilib./azvision.az
7News.Az








