Milli Məclisin oktyabrın 28-də keçiriləcək iclasının gündəliyinə 23 məsələ daxil edilib.
Milli Məclisdən verilən məlumata görə, iclasda Azərbaycanın bir sıra dövlətlərlə imzalamış sənədlərinin ratifikasiyası, Cinayət, İnzibati Xətalar, Gömrük məcəllələrinə, "Kütləvi İnformasiya Vasitələri haqqında”, "Televiziya və radio yayımı haqqında”, Telekommunikasiya haqqında”, "Su təchizatı və tullantı suları haqqında”, "Yol hərəkəti haqqında”, "Avtomobil yolları haqqında”, "Dövlət rüsumu haqqında” və s. qanunlara dəyişikliklər müzakirə olunacaq.
Həmçinin oktyabr ayının son iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi I oxunuşda və "Kredit büroları haqqında” qanun layihəsi isə II oxunuşda müzakirəyə çıxarılacaq.
7news.Az








