RU
Milli Məclisin iclaslarında müzakirə olunacaq məsələlər açıqlandı
11:57
315

Milli Məclisin iclaslarında müzakirə olunacaq məsələlər açıqlandı

Milli Məclisin (MM) növbəti plenar iclaslarının, üç günlük müzakirələrinin gündəliyi açıqlanıb.

7News.Az-ın məlumatına görə, noyabrın 13, 14 və 15-i tarixlərində keçiriləcək plenar iclasların gündəliyi 11 məsələdən ibarətdir.

Üç günlük müzakirələrdə 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələri ilə yanaşı, deputatların statusu, etik davranış qaydaları, MM-in Daxili Nizamnaməsi, həmçinin, notariatla bağlı qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri (sonuncular 2-ci oxunuşlarda) nəzərdən keçiriləcək.

Büdcə müzakirələrinə baş nazir Novruz Məmmədovbaşda olmaqla, hökumət üzvləri də qatılacaqlar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ