RU
Milli Məclisin növbəti iclası başladı
12:17
964

Milli Məclisin növbəti iclası başladı

Milli Məclisin növbəti plenar iclası bu gün öz işinə başlayıb.

7News.az-ın məlumatına görə, iclasın gündəliyinə 16 məsələ daxildir.

İclasda Ali Məhkəmə hakimlərinin və R.Ə.Ağayevin Şirvan apellyasiya məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

Daha sonra Azərbaycanla bir neçə ölkə arasında imzalanan sazişlərin təsdiq edilməsi, eləcə də Miqrasiya, Vergilər, Cinayət, İnzibati Xətalar məcəllələrində, həmçinin "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" (ikinci oxunuş) qanun layihələrinə baxılması nəzərdə tutulub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ