RU
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi Açıqlandı
11:00
467

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi Açıqlandı

Azərbaycan Milli Məclisinin payız sessiyasında növbəti plenar iclas oktyabrın 14-də olacaq.

Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 30 məsələ daxildir.

Bunlar "Büdcə sistemi haqqında”, "Korrupsiyaya qarşı mübarizə haqqında”, "Təhsil haqqında”, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Reklam haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarın maraqlarının qorunması haqqında”, "Yol hərəkəti haqqında” və sair qanunlara, o cümlədən Vergi, Mülki Prosessual, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdir. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ