RU
Milli Məclisin sədri: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri İndeksində regionda ən yaxşı nəticəyə malikdir”
20:37
146

Milli Məclisin sədri: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri İndeksində regionda ən yaxşı nəticəyə malikdir”

"BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində əsas hədəflərdən biri 2030-cu ilədək səhiyyə xidmətlərinin hamıya şamil olunmasını təmin etməkdir”.

7NEWS.Az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova "Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın məqsədləri” mövzusunda beynəlxalq konfransda bildirib.
S. Qafarova deyib ki, Azərbaycan öz regionunda 2030-cu ilədək olan dövrdə Gündəliyin icrasına dair 3-cü könüllü milli hesabatı təqdim edən ilk dövlətdir, dünya miqyasında isə 12 ölkədən biridir: "Dayanıqlı İnkişaf Məqsədləri İndeksində 100 mümkün baldan 72,4 bal toplayan Azərbaycan 2021-ci ilədək dayanıqlı inkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub ki, bu da regionda ən yaxşı nəticədir. Bundan başqa, "insanın sağlamlığı” ölkənin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının tərkib hissəsi və 5 milli prioritetdən biridir”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ