RU
Milli Məclisin sədri Estoniyanın xarici işlər naziri ilə görüşüb
19:45
102

Milli Məclisin sədri Estoniyanın xarici işlər naziri ilə görüşüb

Estoniyada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin xarici işlər naziri Eva-Maria Liimets ilə görüşüb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə estoniyalı nazir "Twitter" hesabında bildirib:
"Estoniyaya rəsmi səfəri çərçivəsində Azərbaycan parlamentinin sədri ilə görüşməkdən məmnunam. Görüşdə Estoniya-Azərbaycan ikitərəfli münasibətlərini müzakirə etdik. Bizim ali təhsil və elektron hökumət sahələrində uzunmüddətli əməkdaşlığımız var".

Estoniya XİN rəhbəri bildirib ki, müzakirələrdə regional təhlükəsizlik məsələlərinə də toxunulub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ