“Həqiqətən bıabırçılıqdır. Adamlar oturub kənardan start fiti gözləyirlər. Tamamən buyruq qulu olublar. Qu səsi gələndə “qu” deyirlər, qa səsi gələndə “qa”".
Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev “Milli Şura”nın seçkiyə getməməklə bağlı qərarına münasibət bildirərkən söyləyib.
“Bəli, seçkiyə getmədilər. Amma niyə getmədilər? – öncəliklə bax bunu təftiş etmək lazım. Əvvəla, ondan başlayaq ki, “Milli Şura” 83-ün “011” – i kimi bir şeydir. Bir qapısını bərkdən örtəndə, o biri açılır. Yəni lap çoxdan köhnəlib, bitib, iylənib, paslanıb. Üstəlik, bu “siyasət maşını” ilə hara qədər irəliləməyin mümkünlüyünü də Əli Kərimli və Cəmil Həsənlidən gözəl bilən yoxdur. Ona görə də dayandılar. Davam etmədilər. İkinci bir məsələ isə onların Beynəlxalq Təşkilatlardan “xeyir-dua” ala bilməməsidir. Hərçənd bir xeyli gözlədilər, elə ona görə də qəti qərar verə bilmirdilər. Nəticə isə ortalıqdadır və həmin nəticənin özü ilə də radikal müxalifətimiz blef edir, süni paralellər yaradır, səviyyəsiz, düşük jestlər sərgiləməyə çalışır. Yox əgər belə olmasaydı, “Milli Şura” seçki qərarını Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi ilə eyni gündə verməzdi, hətta bu bashabasda belə quyruq bulamazdı, kiminsə ətəyinə qol sarmazdı” – deyə Partiya sədri fikirlərinə davam edib. /aktual.az
7News.Az








