RU
Bakıda müxalifət mitinq keçirir - Fotolar + Yenilənib
15:33
3637

Bakıda müxalifət mitinq keçirir - Fotolar + Yenilənib

Milli Şura Bakıda mitinq keçirir.

7news.Az-ın APA-ya istinadən məlumatına görə, keçmiş "Məhsul" stadionunda keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

7news.Az

Lent.az-ın aksiyada iştirak edən əməkdaşının verdiyi məlumata görə, mitinqə çox az sayda cəbhəçi toplaşıb.

Maraqlıdır ki, mitinq Milli Şura adından təşkil olunsa da, aksiyada yalnız cəbhəçilər iştirak edib. Eyni zamanda mitinqdə ilk çıxışı da Milli Şuranın sədri Cəmil Həsənli yox, Əli Kərimli edib. 

Məlumata görə, mitinqdə cəmi 800 nəfərə yaxın şəxs iştirak edir.

Xatırladaq ki, mitinqdən əvvəl Milli Şuranın koordinatorları mitinqdə "on minlərlə şəxsin iştirak edəcəyi" barədə proqnozlar vermişdilər.

Bakıda müxalifət mitinq keçirir - Fotolar + Yenilənib

 

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ