RU
`Milli valyutanın üzərində Heydər Əliyevin şəkli olmalıdır`- Siyavuş Novruzov
13:21
739

`Milli valyutanın üzərində Heydər Əliyevin şəkli olmalıdır`- Siyavuş Novruzov

"Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır”.

7News.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlamentin Dini qurumlar və İctimai komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri diqqətə çatdırıb ki, Türkiyənin milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var: "Dünyanın bir neçə ölkəsində bu ənənə var. Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdu. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ