RU
Millimiz Ermənistan yığmasına qalib gəldi
22:00
1198

Millimiz Ermənistan yığmasına qalib gəldi

Komandamızın növbəti rəqibləri Estoniya və İsrail yığmaları olacaq.

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələr və gənclərin stolüstü tennis üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 7news.Az-a verilən məlumata görə, iyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.

İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət milli komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.

İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksemburq və Avstriya komandalarına 3:0 hesabı ilə qalib gələn yığma komandamız növbəti oyunlarını Bosniya və Hersoqovina, Avstriya, İspaniya komandaları ilə keçirəcək.

 7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ