Bu gün FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlanıb.
7News.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, dünyanın 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 3 pillə irəliləyib. Hazırda komandamız 133-cü yerdə qərarlaşıb.
DÇ-2018-in seçmə mərhələsində San Marinoya qalib gəlməsi (1:0) yığmamızın irəliləməsinə səbəb olub.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya və Çexiya 1 pillə irəliləyib. Almanlar 3-cü, çexlər 33-cü pilləyə yüksəlib. Şimali İrlandiya 2 pillə geriləyərək 30-cu, Norveç 20 pillə geriləyərək 70-ci yerə düşüb. San Marino isə 1 pillə geriləyib və 201-ci yerdə qərarlaşıb.
İlk "onluq" isə belədir:
1. Argentina – 1646 2. Belçika – 1369 3. Almaniya – 1347 4. Braziliya – 1323 4. Kolumbiya – 1323 6. Çili – 1284 7. Portuqaliya – 1228 8. Fransa – 1188 9. Uruqvay – 1173 10. Uels – 1161