RU
Millimiz Lüksemburqa məğlub oldu - YENİLƏNİB+VİDEO
00:43
1275

Millimiz Lüksemburqa məğlub oldu - YENİLƏNİB+VİDEO

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Lüksemburqun qonağı olan millimiz oyundan məğlub ayrılıb. 

Görüş rəqibin 2:1 hesablı qələbəsi yekunlaşıb. 

00:13

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Lükemburqun qonağı olan millimiz hesab arasındakı fərqi azaldıb. 

Matçın 67-ci dəqiqəsində Emin Mahmudov cərimə zərbəsindən gözəl qola imza atıb. 

 

 

23:16

Millimiz Lüksemburqla oyunda ikinci qolu da buraxıb. 

Oyunun 28-ci dəqiqəsində Gelson Rodriges penalti zərbəsindən sonra fərqi artırıb.

22:58

Millimiz Lüksemburq qarşısında hesabda geri düşüb. 

Qarşılaşmanın 8-ci dəqiqəsində Qonçalves Pinto hesabı açıb.  

22:46

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburq - Azərbaycan matçı start götürüb. 

Hazırda oyunda hesab açılmayıb. 

21:35

 

Dünya çempionatının seçmə mərhələ oyununda üz-üzə gələcək Lüksemburq və Azərbaycan milli komandalarının start heyətəri açıqlanıb.

Yığmalar meydana aşağıdakı oyunçularla çıxacaqlar:

Lüksemburq: 1. Antoni Moris, 3. Enes Mahmutoviç, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodrigeş, 13. Dirk Karlson, 15. Olivye Til, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loran Yans, 21. Sebastien Thil

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 20. Filip Ozobiç, 21. İsmayıl İbrahimli

Qeyd edək ki, Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

09:08

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının (DÇ) Avropa zonası üzrə seçmə mərhələ oyunlarına start veriləcək.

7NEWS.Az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması bu gün növbəti sınağına çıxacaq. İlk iki turda xal qazana bilməyən Canni De Byazinin yetirmələri bu dəfə səfərdə Lüksemburqun qonağı olacaq. 

Komandamız ölkə baxımından "cırtdan” olan, amma futbolda inkişafda olan rəqibi ilə görüşdə ilk xal üçün mübarizə aparacaq. Qrupda sonuncu pillədə qərarlaşan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməyə çalışacaq. Bu matçda "Qarabağ”ın milliləşdirilmiş xorvatiyalı futbolçusu Filip Ozobiçin yığmamızda debüt edəcəyi gözlənilir.

Xatırladaq ki, indiyədək Lüksemburqla beş dəfə qarşılaşmışıq. Tərəflər hərəyə bir dəfə qələbə qazanıb, üç matç isə heç-heçə başa çatıb. Komandalar arasında sonuncu qarşılaşma da məhz Lüksemburqda olub. Ötən il noyabrın 17-də millimiz UEFA Millətlər Liqasının qrup oyunu çərçivəsində rəqibi ilə qolsuz heç-heçəyə razılaşıb.

Qeyd edək ki, millimiz bunadək seçmə mərhələdə qrup liderlərinə – Portuqaliyaya (0:1) və Serbiyaya (1:2) uduzub.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

1 sentyabr

22:45 Lüksemburq – Azərbaycan

Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)

Lüksemburq. "Stad Lüksemburq”

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ