RU
Millimiz Türkiyəyə də uduzdu
22:04
492

Millimiz Türkiyəyə də uduzdu

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimiz ikinci oyununa çıxıb.

Azərbaycan millisi bu gün Bakıda Türkiyə yığması ilə qarşılaşıb.

41-ci dəqiqədə rəqib futbolçu Alican Özfesli qırmızı vərəqə alıb. Oyunun 42-ci dəqiqəsində Roman Hüseynovun zərbəsini rəqib qapıçı Muhammed Şengezer qaytarıb. 57-ci dəqiqədə isə qonaqlar dəqiq olublar. Bu, qarşılaşmada yeganə qol olub (0:1).

Xatırladaq ki, millimiz ilk oyunda Ukraynaya 0:4 hesabı ilə məğlub olmuşdu./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ