Azərbaycan milli komandasının voleybolçusu Odina Bayramova karyerasını İtaliyada davam etdirəcək.
Xəbər verir ki, ötən günlərdə Türkiyənin "Halkbank” klubundan ayrılan xanım idmançımız "Frenze” klubu ilə anlaşıb.
Müqaviləyə əsasən Bayramova ən azı bu mövsümü Florensiya klubunda keçirəcək.
Onun bu klubda geyinəcəyi forma da müəyyənləşib. Odina 4 nömrəli futbolkada çıxış edəcək.
7News.az








