RU
12:38
446

"Milliön"dən 3 min manat oğurlandı

Hacıqabulda "Milliön" terminalından pul oğurlanıb.

Hacıqabul şəhəri H.Həmidov küçəsində, ticarət mərkəzinin ərazisində yerləşən "Milliön" terminalı qarət edilib. Terminalı arxa tərəfdən sındıran şəxslər oradan 3 min manatdan çox pul aparıblar. Hacıqabul rayon Polis Şöbəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
 
Faktla bağlı araşdırma aparılır.//apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ