"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç İsveç millisindəki karyerasını bərpa edə bilər.
7News.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 36 yaşlı hücumçunun özü məlumat verib: "Milli üçün darıxıram. Qayıtmaq istəsəm, bunu edəcəm. Dünya çempionatında yaxşı oyun göstərə biləcəyimə əmin olmalıyam".
Qeyd edək ki, İbrahimoviç 2016-cı ildə millidəki karyerasını başa vurub.








