ABŞ-ın Texas ştatında səhvən milyarder həyat yoldaşını öldürən 53 yaşlı qadın təcridxanada jurnalistlərin suallarını cavablandırıb.
34 ildir evli olan Franses əri Billin ona xəyanət etdiyini öyrənib. Həyat yoldaşını avtomobillə təqib edən qadın xəyanətin üstünü açıb:
"Gördüm ki, ərim motosikletlə avtomobillə hərəkət edən sevgilisini təqib edir. Şübhə oyanmasın deyə görüş yerinə ayrı-ayrı gedirdilər. Həmin xanımı əvvəllər də ərimin yanında görmüşdüm. Hətta onların cinsi əlaqədə olarkən çəkilən videosunu da izləmişdim. Təkrar görüncə əsəbimə hakim ola bilmədim. İdarə etdiyim avtomobili qadının idarə etdiyi maşına çırpmağa çalışdım. Lakin sükana olan hakimiyyəti itirdim və avtomobilim həyat yoldaşımın idarə etdiyi motosikletə çırpıldı".
Milyarder iş adamı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həmin anları təkrar gözündə canlandıran xanım, dərin peşmanlıq hissi keçirdiyini ifadə edib. Qadın bildirib ki, o, qətlə yetirdiyi ərini hələ də çox sevir.
7News.az








